35
Günəşdəki tac dəliyinin təsiri nəticəsində oktyabrın 2-də gözlənilən geomaqnit həyəcanlanmalarının həftəsonu maqnit qasırğasına çevrilə biləcəyi bildirilib.
Ucnoqta.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun məlumatına görə, cümə günü geomaqnit aktivliyin artacağı gözlənilir. Hazırda maqnit qasırğası ilə bağlı dəqiq proqnoz verilməsə də, həftəsonu belə hadisənin baş vermə ehtimalının yüksək olduğu qeyd edilib.
Bundan əlavə, qarşıdakı bir-iki gün ərzində Günəşdə partlayış aktivliyinin də artacağı ehtimal olunur.
