45
“Qeydiyyatsız və qanunsuz evlər bələdiyyələrin vergi yığmasında problem yaradır. Bu isə bələdiyyələrin vəsaitlərinin çoxalmasına mane olur. Yekunda isə bələdiyyə əhalinin problemlərini həll edə bilmir”.
Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bu gün evlər qeydiyyatda deyil və onlar bələdiyyəyə ildə bir dəfə əmlak vergisi verməlidir, bu vergini vermirlər:
“Nəticə etibarilə 300 min, 500 min evdən bu gün bələdiyyələr vergi yığa bilmir. Ona görə hesab edirik ki, Vergi Məcəlləsində və digər məcəllələrdə bu nəzərdə tutulmalıdır”.
