26
Milli Məclisin 2026-cı il payız sessiyası üzrə ilk plenar iclası keçirilir.
Ucnoqta.az xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Plenar iclasın gündəliyində 27 sentyabr – Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamentin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı daxil olmaqla ümumilikdə 16 məsələ var.
İclasa Milli Məclisin spikeri Sahibə Qafarova sədrlik edir.
