ABŞ Prezidenti Donald Tramp vətəndaşların dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq məqsədilə süni intellekt əsaslı vahid rəqəmsal platformanın istifadəyə verilməsinə dair sərəncam imzalayıb.
Ucnoqta.az xəbər verir ki, Ağ Evin məlumatına görə, America.gov amerikalıların federal hökumətin məlumat və xidmətlərinə onlayn çıxış əldə edə biləcəyi vahid rəqəmsal platforma kimi fəaliyyət göstərəcək.
Platformada istifadəçi, məsələn, biznesini necə qeydiyyatdan keçirə və ya nikahdan sonra soyadını necə dəyişə biləcəyi ilə bağlı sual verə bilər. Süni intellekt sistemi sorğuya uyğun addım-addım izah təqdim edir və lazımi dövlət qurumlarının internet səhifələrinə keçidlər verir.
Ağ Evin məlumatına görə, platformanın funksiyalarının gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.
