Kipr sahillərində batan FiloJet sürətli katamaranının qəzası nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Şimali Kiprin baş naziri Ünal Üstəl məlumat yayıb. Avqustun 30-da Girnə yaxınlığında batan gəmidə 267 nəfər olub. Qəza nəticəsində əvvəlcə 8 nəfərin öldüyü, 20 nəfərin isə itkin düşdüyü bildirilmişdi.
Üstəl bildirib ki, sentyabrın 28-də tapılan iki meyitin DNT analizi onların itkin sərnişinlərə aid olduğunu təsdiqləyib. Onlardan birinin 5 yaşlı Mehmet Asaf Biçer olduğu müəyyənləşdirilib.
Bundan başqa, sentyabrın 29-da axtarış işləri zamanı daha bir meyit aşkarlanıb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT ekspertizasına başlanılıb.
Beləliklə, qəza nəticəsində ölənlərin sayı 18-ə yüksəlib. Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.
