26
Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rayon ərazisində yerləşən evlərin birindən 4400 manat dəyərində noutbuk və digər əşyalar talanıb.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Səlimov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Səbail rayonu ərazisində 1000 manat dəyərində velosiped oğurlamaqda şübhəli bilinən M.Cəfərov və Xəzər rayonunda elektrik naqillərini talamaqda şübhəli bilinən B.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.
