58
Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi İrəvanın ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulmasını istisna etməyib.
Ucnoqta.az xəbər verir ki, Paşinyan bildirib ki, Ermənistan sanksiyalar paketini araşdırır və dost ölkələrlə münasibətləri qorumağa çalışır. Lakin Ermənistanın özü sanksiya riski ilə üzləşərsə, İrəvan müvafiq qərar qəbul etməli olacaq.
O, bu açıqlamanı İran aviaşirkətlərinin ABŞ-ın yeni sanksiyaları fonunda Ermənistana uçuşlarında problem yaranıb-yaranmayacağı ilə bağlı suala cavabında verib.
