Gün ərzində nə yediyimiz qədər, nə vaxt yediyimiz də sağlamlıq baxımından əhəmiyyətlidir.
Ucnoqta.az xəbər verir ki, mütəxəssislərin fikrincə, gec saatlarda yemək və yatmazdan əvvəl qəlyanaltı etmək orqanizmin bioloji ritminə və metabolik proseslərə mənfi təsir göstərə bilər.
Araşdırmalarda gecə qidalanmasının piylənmə, insulin müqaviməti, bel ətrafında yağlanma və qan şəkərinin idarə olunmasında çətinliklə əlaqəli olduğu qeyd edilir.
Mütəxəssis dietoloq Selahattin Dönmez bildirir ki, yatmazdan ən azı 3-4 saat əvvəl yeməyi dayandırmaq məqsədəuyğundur. Bu yanaşma xronoqidalanma, yəni qidalanma vaxtının orqanizmin bioloji ritminə uyğunlaşdırılması anlayışı ilə əlaqələndirilir.
Gecə yemək vərdişinin daha çox aclıq hissinə və bəzi insanlarda depressiv əlamətlərin artmasına səbəb ola biləcəyi də bildirilir.
Bundan başqa, gec saatlarda qidalanmanın metabolik sindrom, piylənmə və qanda yağ göstəricilərinin pisləşməsi ilə əlaqəli olduğu araşdırılıb. Gecə yüksək glisemik indeksli qidaların qəbulunun isə qlükoza mübadiləsinə mənfi təsir göstərə biləcəyi qeyd olunur.
Mütəxəssislər xüsusilə yatmazdan əvvəl müntəzəm olaraq yemək vərdişindən uzaq durmağı və axşam qidalanmasını daha erkən saatlara çəkməyi tövsiyə edirlər.
