Bəzi qadınlar ilk baxışdan diqqət çəkir, bəziləri isə qarşı tərəfdə uzun müddət unudulmayan təəssürat yaradır.
Ucnoqta.az xəbər verir ki, astroloqların fikrincə, bəzi bürclərin nümayəndələri özünəməxsus davranışları, sirli görünüşləri və güclü xarizması ilə kişilərdə daha çox maraq oyada bilər.
Astroloq Yelena Maksimovanın sözlərinə görə, belə qadınların cazibəsi yalnız xarici görünüşlə bağlı deyil. Baxış, səs tonu, davranış, sirrli qalmaq və özünəinam onların əsas xüsusiyyətləri sırasında göstərilir.
Astroloq kişilərin diqqətini daha çox çəkdiyini iddia etdiyi 5 qadın bürcünü qeyd edib:
Əqrəb – sirli və təsirli
Əqrəb qadını haqqında hər şeyi ilk görüşdən anlamaq çətindir. Onun sakitliyi, özünəinamı və sirli davranışı qarşı tərəfdə maraq yarada bilər. Hər şeyi dərhal açıq şəkildə göstərməməsi isə onun haqqında daha çox düşünülməsinə səbəb olur.
Şir – parlaq və özünəinamlı
Şir qadını diqqət mərkəzinə düşmək üçün xüsusi səy göstərməyə bilər. Onun davranışı, danışıq tərzi və özünəinamı onsuz da seçilməsinə kömək edir. Münasibətlərdə hisslərini güclü şəkildə ifadə etməsi də yadda qalan xüsusiyyətlərindən biri kimi təqdim olunur.
Tərəzi – zərif və cazibəli
Tərəzi qadınının əsas üstünlüyü zərifliyi və ünsiyyət qurmaq bacarığı hesab olunur. O, qarşı tərəfə təzyiq göstərmədən maraq yarada bilər. Söhbət zamanı yaratdığı rahat atmosfer isə görüşün daha uzun davam etməsinə səbəb ola bilər.
Balıqlar – emosional və sirli
Balıqlar qadını yumşaqlığı və emosional dərinliyi ilə seçilir. Astroloqun fikrincə, belə qadınlarla bağlı xatirələr ayrılıqdan sonra belə uzun müddət yadda qala bilər. Bəzən bir mahnı, tanış məkan və ya kiçik detal keçmişdəki hissləri yenidən xatırlada bilər.
Oxatan – azad ruhlu
Oxatan qadınının əsas cazibəsi onun müstəqilliyində və sərbəstliyində görülür. O, öz qaydaları ilə yaşamağa üstünlük verir və idarə olunmağı sevmir. Zarafat etməsi, sərbəst davranması və macəra axtarışı isə onu kişilər üçün maraqlı göstərə bilər.
