Astrologiya və numerologiyaya görə, bəzi aylarda doğulan insanların intuisiya və hadisələri öncədən hiss etmək qabiliyyətinin daha güclü olduğu iddia edilir.
Ucnoqta.az xəbər verir ki, bu yanaşmaya əsasən, həmin insanlar yuxular, ani hisslər və gözlənilməz düşüncələr vasitəsilə bəzi hadisələri əvvəlcədən sezə bilirlər.
Fevral: Dolça və Balıqların təsiri ilə əlaqələndirilən fevral ayında doğulanlara güclü intuisiya aid edilir. Onların dəyişiklikləri tez hiss etdiyi və bəzi hadisələri öncədən sezə bildiyi düşünülür.
İyun: Əkizlər və Xərçəngin təsiri ilə əlaqələndirilən iyun doğumluların həm analitik düşüncəyə, həm də insanları hiss etmək qabiliyyətinə malik olduğu iddia olunur.
Sentyabr: Qız və Tərəzinin təsiri ilə sentyabrda doğulanların insanların davranışındakı kiçik dəyişiklikləri tez fərq etdiyi və sosial münasibətlərdə güclü müşahidə qabiliyyətinə sahib olduğu bildirilir.
Oktyabr: Tərəzi və Əqrəbin xüsusiyyətlərini birləşdirdiyi düşünülən oktyabr doğumluların insanların gizli niyyət və emosiyalarını daha asan sezə bildikləri iddia edilir.
