40
UEFA Millətlər Liqasında Azərbaycan və Litva yığmaları arasında keçiriləcək 4-cü tur matçını portuqaliyalı hakimlər briqadası idarə edəcək.
Ucnoqta.az xəbər verir ki, UEFA qarşılaşmanın hakim təyinatlarını açıqlayıb.
Görüşün baş hakimi Qustavo Korreya olacaq. Ona Andre Filipe Noqeyra Dias və Andreya Souza yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.
VAR hakimi Bruno Esteves, AVAR hakimi isə Ana Klaudiya Silva Ribeyro olacaq.
Azərbaycan – Litva oyunu oktyabrın 4-də 8-ci km qəsəbə stadionunda keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
