31
Yaponiya Rusiyanın şirkət və fiziki şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edib. Məhdudiyyətlər ilk dəfə Rusiya ilə əlaqəli olduğu bildirilən gəmilərə də şamil olunub.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, sanksiya siyahısına “Voentorg”, “VNIIR-Progress”, “Alabuqa Development”, “Alabuqa Machinery” və “Uralvaqonzavod”la yanaşı, bir sıra yüksək vəzifəli şəxslər də daxil edilib.
Ümumilikdə tədbirlər daha 6 fiziki şəxs və 28 şirkət və təşkilatı əhatə edib. Siyahıya Türkiyə və BƏƏ-dən 4 şirkət də salınıb.
