30
Himalay dağlarında sentyabrın 27-də baş verən qar uçqunundan sonra axtarış-xilasetmə qrupları 15 nəfərin meyitini aşkarlayıb.
Ucnoqta.az xəbər verir ki, The Himalayan Times-ın məlumatına görə, hadisə Himlunq-Himal zirvəsi yaxınlığındakı 4 900 metr yüksəklikdə yerləşən baza düşərgəsində baş verib. Daha bir nəfər itkin hesab olunur.
Fəlakətdən sonra düşərgə ərazisindən 10 nəfər helikopterlə təxliyə edilib. Axtarış əməliyyatı ağır və çətin şəraitdə davam etdirilir.
