26
ABŞ-ın Kaliforniya ştatında, Santa-Katalina adası yaxınlığında sanitar aviasiya helikopteri qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, ABC News-un məlumatına görə, helikopterdə olan 5 nəfərdən 2-si ölüb, 2 yaralı xəstəxanaya yerləşdirilib. Daha bir nəfərin axtarışları davam etdirilir.
Hadisə ilə bağlı araşdırmanı ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası aparacaq.
