34
Suriyanın Homs vilayətində naməlum şəxslərin avtobusu atəşə tutması nəticəsində azı 7 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Hadisə Məsyaf körpüsü ərazisində baş verib. Hücumdan sonra əraziyə daxili təhlükəsizlik qüvvələri və mülki müdafiə əməkdaşları cəlb olunub.
Ərazi mühasirəyə alınıb, ölən və yaralananların təxliyəsinə başlanılıb. Suriyanın daxili təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırma aparır.
Hücumun digər təfərrüatları və mümkün motivləri barədə hələlik məlumat verilməyib.
