25
İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivə uçan Flydubai reysinin sərnişinlərini xilas edən, bıçaq xəsarəti alan hindistanlı pilot Smit Maçxara təşəkkür edib.
Ucnoqta.az xəbər verir ki, Netanyahu bu barədə X hesabında paylaşım edib.
O, pilotun aldığı ağır xəsarətlərə baxmayaraq müqavimət göstərdiyini, kabinənin qapısını açaraq sərnişin və ekipaj üzvlərinə hücum edən şəxsi zərərsizləşdirməyə imkan verdiyini bildirib.
Netanyahu pilotun bu hərəkəti ilə havada baş verə biləcək faciənin qarşısını aldığını qeyd edib və onu “əsl qəhrəman” adlandırıb.
İsrail hökumətinin başçısı Maçxarın 174 nəfərin, o cümlədən İsrail və digər ölkələrin vətəndaşlarının həyatını xilas etdiyini bildirərək ona tezliklə və tam sağalmasını arzulayıb.
