38
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya məsələsində ölkənin məhsullarını Avropa bazarında sata bilib-bilməyəcəyini düşünməli olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, o, xüsusilə Ermənistan konyakının və kənd təsərrüfatı məhsullarının Aİ ölkələrində hansı həcmdə satılacağını müəyyənləşdirməyin vacibliyini vurğulayıb. Lukaşenkonun sözlərinə görə, Ermənistan Aİ-yə üz tutmazdan əvvəl hazırda satdığı məhsullar üçün yeni bazar imkanlarını nəzərdən keçirməlidir.
