33
Birləşmiş Ərəb Əmirliklərinin Flydubai aviaşirkəti hakimiyyət orqanlarının tələbi ilə Tel-Əvivə uçuşları müvəqqəti dayandırıb.
Ucnoqta.az xəbər verir ki, şirkətin baş direktoru Qeyt əl-Qeyt bildirib ki, qərar 30 sentyabrda Dubaydan Tel-Əvivə uçan FZ1073 reysinin Səudiyyə Ərəbistanına məcburi eniş etməsinə səbəb olan insidentdən sonra qəbul edilib.
Onun sözlərinə görə, reysin 172 sərnişin və ekipaj üzvünün hamısı təhlükəsiz vəziyyətdədir. Hadisə zamanı xəsarət alan təyyarə komandiri isə həkimlərin icazəsindən sonra BƏƏ-yə qayıdıb.
