2026-cı ildə Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində ümumilikdə 121 min 424 müəllim fəaliyyət göstərir.
Ucnoqta.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
2026-cı ildə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi vasitəsilə 4213 müəllim işə qəbul olunub.
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi onlayn formatda davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, test imtahanı mərhələsində uğur qazanmış 17 minə yaxın müəllim müsahibə mərhələsinə dəvət edilib.
Bu günə qədər 7 minə yaxın təhsilverənin müsahibəsi yekunlaşıb. Müsahibə nəticələri ilə bağlı məlumatlar isə mütəmadi qaydada müəllimlərin şəxsi kabinetlərinə göndərilir.
Xatırladaq ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə sentyabrın 17-də başlanılıb və oktyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.
