28
G7 ölkələri Beynəlxalq Enerji Agentliyi (IEA) ilə koordinasiya çərçivəsində strateji ehtiyatlardan 100 milyon barel neft və neft məhsulunu bazara çıxarmaq barədə razılığa gəlib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, birgə bəyanata əsasən, ehtiyatların buraxılması dərhal başlayacaq və proses dörd ay ərzində həyata keçiriləcək.
G7 ilk 20 gün ərzində dizel yanacağının əhəmiyyətli həcmlərdə prioritet qaydada bazara çıxarılmasını planlaşdırır.
Bundan əlavə, yaxın günlərdə IEA çərçivəsində zərurət yaranacağı təqdirdə dizel yanacağı ehtiyatlarının əlavə həcmlərinin buraxılması imkanları müzakirə olunacaq.
