38
Xalq artisti Röya Ayxan yeni layihəsi “Baldır Yar”ı təqdim edib.
Ucnoqta.az xəbər verir ki, mahnının musiqisi İsmail Zadəyə, sözləri Həmid Məmmədliyə, aranjemanı isə Vüsal Həsənova məxsusdur.
Murad Hüseynovun rejissorluğu ilə ekranlaşdırılan klipdə Röya Ayxan 4 fərqli obrazda kamera qarşısına keçib. Pop kraliçanın saç və makiyajı Babək Qədirovun, obrazların styling-i isə Niko Labın imzasını daşıyır.
Qeyd edək ki, Röya Ayxan “Baldır Yar”ı ilk dəfə Yaşıl Teatrda baş tutan konsertində səsləndirib.
Yeni mahnı artıq bütün rəqəmsal musiqi platformalarında yayımdadır.
