Niderland 2027-ci ildə keçiriləcək “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə NU.nl portalı mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, ölkənin müsabiqədə hansı ifaçı ilə təmsil olunacağı və iştirakın təşkilini hansı yayım şirkətinin həyata keçirəcəyi hələ məlum deyil.
Qeyd edək ki, Niderlandın milli yayım şirkəti AVROTROS avqust ayında “Avroviziya-2027” üçün ifaçı seçməyəcəyini açıqlamışdı. Şirkət İsrailin müsabiqədə iştirakına görə 2026-cı ildə də yarışmadan imtina edib.
2026-cı il müsabiqəsində iştirakdan İrlandiya, İspaniya, İslandiya və Sloveniya da imtina edib. İrlandiya 2027-ci ildə də yarışmada iştirak etməyəcəyini açıqlayıb. İspaniyada isə müsabiqənin yenidən boykot edilməsi ilə bağlı çağırışlar səslənir, Belçika da iştirakdan imtina ehtimalını nəzərdən keçirir.
