Danimarka Ukraynaya 600 milyon avro dəyərində yeni hərbi yardım paketi təqdim edəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Löke Rasmussen açıqlayıb.
Nazirin sözlərinə görə, Kopenhagen Kiyevə 4,8 milyard Danimarka kronu (600 milyon avro) həcmində 32-ci hərbi yardım paketini təqdim edəcək.
Rasmussen çərşənbə axşamı Danimarka parlamentinin Beynəlxalq Əlaqələr Komitəsi ilə görüşündə Ukraynaya dəstək tədbirlərini müzakirə edib. O, həmçinin ölkəsinin Ukraynanın enerji sektoruna əlavə 150 milyon kron (20 milyon avro) ayıracağını bildirib.
Nazir yeni yardım paketlərinin Ukrayna Prezidenti Volodimir Zelenskinin Kopenhagendə səfəri ilə əlaqədar elan olunduğunu qeyd edib. Səfər çərçivəsində Zelenskinin Danimarka rəhbərliyi və bir sıra Şimali Avropa ölkələrinin liderləri ilə görüşü gözlənilir.
