34
Ukrayna nümayəndə heyəti münaqişənin nizamlanması ilə bağlı üçtərəfli danışıqlarda iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə gəlib.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov özünün “Telegram” kanalında Əbu-Dabidən foto paylaşıb.
“Uzun yol gəldik, qarşıda çoxlu mürəkkəb işlər var”, – deyə o bildirib.
Fotoda Budanovla yanaşı, Zelenskinin ofis rəhbərinin birinci müavini Sergey Kislitsa və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəisinin müavini Vadim Skibitski də yer alıblar.
