Britaniyalı komik, aktyor və televiziya aparıcısı Rassel Brend zorlama işi üzrə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ucnoqta.az xəbər verir ki, hökm Londonun Sazerk rayonundakı Kral Məhkəməsinin hakimi Coel Bennatan tərəfindən elan olunub.
Noyabrın 5-də andlılar məhkəməsi 51 yaşlı Brendi zorlama ittihamı üzrə təqsirli bilib. Bundan əlavə, o, cinsi xarakterli zorakı hərəkətlərlə bağlı üç ittiham üzrə də günahkar hesab edilib. Digər iki zorlama və bir cinsi xarakterli hərəkətə cəhd ittihamı üzrə isə bəraət alıb.
Brendin törətdiyi cinayətlər 2004-2009-cu illəri əhatə edir. Onun hərəkətlərindən dörd qadın zərər çəkib. Hadisələr müxtəlif məkanlarda, o cümlədən aktyorun evində, radiostansiyada və çəkiliş meydançasında baş verib.
