İrlandiya polisinin 5 mindən çox əməkdaşı Dublində keçiriləcək Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü və Avropa Siyasi Birliyinin iclasının təhlükəsizliyinin təmin edilməsinə cəlb olunacaq.
Ucnoqta.az bildirir ki, bu barədə RTE telekanalı məlumat verib.
Telekanalın məlumatına görə, noyabrın 12-13-də təxminən 50 ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək görüşlər zamanı küçələrdə hər gün təxminən 1 min silahlı hüquq-mühafizə əməkdaşı olacaq. Belə ki, hər gün 500 ictimai asayişi qoruyan bölmə əməkdaşı və taktiki bölmələrdən, o cümlədən silahlı dəstək və təcili reaksiya bölmələrindən daha 500 silahlı polis növbəyə çıxacaq. Ümumilikdə əməliyyat polis əməkdaşlarının 15 min 12 saatlıq növbədə cəlb edilməsini nəzərdə tutur.
Bundan əlavə, İrlandiya polisi düşmən və icazəsiz dron uçuşlarına qarşı mübarizə üçün ən yeni pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemi alıb. Noyabrın 11-i səhərdən 14-nə qədər Dublində hava məkanından istifadəyə geniş məhdudiyyətlər tətbiq olunacaq.
