Niderland 2027-ci ildə “Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Niderland İctimai Yayım Korporasiyasının (NPO) bəyanatında bildirilib.
Qərar yayım təşkilatları şurası ilə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib. NPO-nun kommunikasiya direktoru Yurre Bosmanın sözlərinə görə, İsrailin müsabiqədə iştirakı cəmiyyətdə, o cümlədən yayımçılar və onların əməkdaşları arasında mübahisələrə və fikir ayrılıqlarına səbəb olur.
O qeyd edib ki, Niderland müsabiqəyə yalnız iştirakçıların və nümayəndə heyətinin bir və ya bir neçə yayım təşkilatının tam dəstəyinə arxalana biləcəyi halda qatılmaq istəyir.
NPO rəhbərliyinin məlumatına görə, ilkin danışıqlarda ölkənin müsabiqəyə qayıtmasına kifayət qədər dəstək olduğu görünsə də, iştirakın təşkili üçün uyğun format tapılmayıb.
Buna görə də korporasiya Niderlandın 2027-ci ildə müsabiqəyə qayıtmasını vaxtından əvvəl hesab edib.
