Sahib Rzayev Penitensiar xidmətin rəisi təyin edilib
Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyevin 27 oktyabr 2026-cı il tarixli sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.
Sahib Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2011-ci ildə isə həmin universitetdə beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsilini fərqlənmə ilə başa vurub.
O, 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq vəzifəsində çalışıb. 2006–2023-cü illərdə Fövqəladə Hallar Nazirliyində müxtəlif rəhbər vəzifələr tutub.
2025-ci ilin yanvarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini təyin edilən Sahib Rzayev həmin ilin iyulundan idarənin rəisi vəzifəsində çalışıb.
