Xalq artisti Zaur Rzayev reanimasiyaya yerləşdirilib.
Ucnoqta.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
“1952-ci il təvəllüdlü sənətçi Z.Rzayev Mərkəzi Neftçilər Xəstəxanasındadır.
O, oktyabrın 14-də saat 21:30 radələrində xəstəxananın Qəbul şöbəsinə hospitalizasiya edilib. Pasiyentə qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları qoyulub.
Hazırda onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”,- deyə qurumdan bildirilib.
Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də də xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulmuşdu. Sonradan evə buraxılan sənətçinin ailəsi müalicəsinin ev şəraitində davam etdiyini açıqlamışdı.
