34
Albaniyada hökumət əleyhinə nümayişçilərlə polis arasında toqquşmalar paytaxt Tiranadan digər şəhərlərə də yayılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNA portalı məlumat yayıb.
Bildirilib ki, Şkoder, Durres və Korça şəhərlərində baş nazir Edi Ramanın əleyhdarları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurmalar baş verir.
Paytaxt Tiranada isə iğtişaşlar artıq üçüncü gündür davam edir. Cümə axşamı hökumət əleyhdarları parlament binasının qarşısına toplaşaraq binaya daş atıblar. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Tiranada iğtişaşlar oktyabrın 13-də Təhsil Nazirliyinin binası qarşısında tələbələrin keçirdiyi etiraz aksiyası zamanı başlayıb və ertəsi gün də davam edib.
