44
ABŞ prezidentinin xüsusi nümayəndəsi Rusiya və ABŞ milli futbol komandaları arasında yoldaşlıq görüşünün keçirilməsini təklif edib.
Ucnoqta.az xəbər verir ki, ABŞ-ın qlobal tərəfdaşlıqlar üzrə xüsusi nümayəndəsi, səfir Paolo Zampolli bu barədə TASS-a müsahibəsində danışıb.
Diplomat bildirib ki, futbol bütün dünyanı birləşdirən idman növüdür və Beynəlxalq Futbol Federasiyasının (FIFA), eləcə də müvafiq milli federasiyaların iştirakı ilə iki ölkənin yığmaları arasında yoldaşlıq matçının təşkil olunmasını istərdi.
Qeyd edək ki, Paolo Zampolli həm Ağ Evin, həm də ABŞ Dövlət Departamentinin strukturunda fəaliyyət göstərir.
