33
Okinavada komendant saatını pozan iki ABŞ hərbçisi saxlanılıb
Ucnoqta.az xəbər verir ki, Yaponiyanın Okinava adasında ABŞ hərbi polisi yaponiyalı həmkarları ilə birgə patrul zamanı iki amerikalı hərbçini saxlayıb.
Kyodo agentliyinin məlumatına görə, hərbçilər gecə saat 00:00-dan səhər 05:00-dək qüvvədə olan komendant saatını pozublar. Həmin vaxt ABŞ hərbçilərinə hərbi bazalarını tərk etmək qadağan edilib. Onlar barların və əyləncə məkanlarının yerləşdiyi ərazilərdən birində aşkarlanıblar.
