71
Barbadoslu müğənni Rihanna özünün “Savage X Fenty” brendinin yeni il üçün nəzərdə tutulan alt paltarı kolleksiyasını cəsarətli fotosessiya ilə təqdim edib.
Ucnoqta.az xəbər verir ki, fotolar brendin “Instagram” səhifəsində paylaşılıb.
38 yaşlı ulduz hədiyyə qutuları və atlaz lentlərlə bəzədilmiş üç yolkanın fonunda poza verib. O, qara krujeva və qırmızı gül aplikasiyaları ilə bəzədilmiş şəffaf bodi geyinib. Müğənni obrazını corablar və məxmərdən hazırlanmış sivri burunlu, hündürdaban ayaqqabılarla tamamlayıb.
Digər fotoda isə Rihanna kameraya arxasını çevirərək poza verib.
