35
Qırğızıstan-Tacikistan sərhədində üç zəlzələ baş veri
Ucnoqta.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, təxminən 1 saat 15 dəqiqə ərzində baş verən yeraltı təkanların intensivliyi MSK şkalası üzrə 3,5–5,5 bal arasında olub.
Zəlzələ Qırğızıstanın Bor-Döbe, Sarı-Taş, Taldu-Suu, Nura, Kara-Kindik, Sarı-Moqol və İrkeştam yaşayış məntəqələrində daha güclü hiss edilib. Burada təkanların intensivliyi 3–5 bal təşkil edib.
