29
İspaniyanın Rioxa muxtar bölgəsində yerləşən barda konstruksiyanın çökməsi nəticəsində 12 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, hadisə San-Visente-de-la-Sonsyera yaşayış məntəqəsində baş verib. Hadisə zamanı barda təxminən 50 nəfər olub. Dağıntı nəticəsində qonşuluqdakı boş yaşayış evinin divarı da uçub.
Yaralananlardan 9-u tibb müəssisələrinə çatdırılıb, digər 3 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
Hadisə yerinə yanğınsöndürənlər və kinoloji bölmənin iti ilə mülki müdafiə əməkdaşı cəlb olunub. Dağıntılar araşdırıldıqdan sonra onların altında heç kimin qalmadığı təsdiqlənib.
