30
İspaniyanın Madrigueras şəhərində güclü yağış genişmiqyaslı daşqına səbəb olub.
Ucnoqta.az xəbər verir ki, qısa müddətdə hər kvadratmetrə təxminən 142 litr yağıntı düşüb. Nəticədə evləri, zirzəmiləri, qarajları və mağazaları su basıb.
Daşqın nəticəsində 102 yaşlı qadın həyatını itirib. Onun suyun səviyyəsinin bir metrdən çox yüksəldiyi evdə meyiti aşkarlanıb.
Xilasetmə xidmətləri şəhərdən təxminən 90 nəfəri təxliyə edib.
