Böyük Britaniyada heyvanlar arasında yayılan göy dil (bluetongue) xəstəliyinin tarixdə ən genişmiqyaslı yayılması qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, “The Guardian”ın məlumatına görə, 2026–2027-ci il mövsümünün başlanmasından, yəni iyulun 1-dən etibarən ölkədə artıq 2 201 yoluxma halı aşkarlanıb. Onlardan 1 103-ü sentyabr ayında qeydə alınıb.
Qeyd olunur ki, mövsümün başlamasından cəmi üç ay keçməsinə baxmayaraq, xəstəlik hallarının sayı əvvəlki üç mövsümün ümumi göstəricisini artıq ötüb.
Virus əsasən qoyun, iribuynuzlu mal-qara və digər heyvanlara təsir edir. Xəstəlik yüksək hərarət, ağız yaraları, başda şişkinlik və axsaqlığa səbəb ola bilər. Ağır hallarda heyvanlar tələf olur.
Xəstəliyin insanlar üçün təhlükəli olmadığı bildirilir. Virus əsasən xırda qan soran həşəratların dişləməsi ilə yayılır.
Hazırda Böyük Britaniyada heyvanlar arasında BTV-3 serotipi yayılır. Bu ştamm ilk dəfə 2023-cü ildə İngiltərədə aşkarlanıb.
