40
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatının 2026-cı il mövsümünün 17-ci mərhələsi olan Sinqapur Qran-prisinin sıralanma turunun qalibi olub.
Ucnoqta.az xəbər verir ki, ikinci yeri “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler tutub. Onun komanda yoldaşı, britaniyalı Lyuis Hemilton isə üçüncü olub.
Ferstappen ardıcıl ikinci Qran-pridə sıralanma turunun qalibi olub. O, bununla da karyerasında 50-ci dəfə poul-pozişn qazanıb.
Sinqapur Qran-prisinin əsas yarışı oktyabrın 11-də Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
