29
Cənubi Koreyanın Ukraynadakı səfiri Pak Ki Çhan Kiyevi tərk edərək ölkəsinə qayıdıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Oktyabrın 8-də Cənubi Koreya Xarici İşlər Nazirliyi hökumətin Ukraynadakı səfirini geri çağırmaq qərarına gəldiyini açıqlayıb. Nazirlik yaranmış problemlərin konstruktiv şəkildə həlli üçün Ukrayna ilə məsləhətləşmələri davam etdirməyə hazır olduğunu bildirib.
Cənubi Koreya sonuncu dəfə 2008-ci ildə etiraz əlaməti olaraq başqa ölkədəki səfirini geri çağırıb. Həmin vaxt Yaponiya ilə Tokto adaları ətrafında yaranmış ərazi mübahisəsinə görə Koreyanın Yaponiyadakı səfiri geri çağırılmışdı.
