36
İsrail Müdafiə Ordusu Qəzza şəhərində HƏMAS-ın hərbi qanadının “Nuxba” xüsusi təyinatlı bölməsinin üzvlərinin toplaşdığı əraziyə hava zərbəsi endirib.
Ucnoqta.az xəbər verir ki, ordunun məlumatına görə, hücum nəticəsində ən azı iki HƏMAS üzvü öldürülüb. Qəzza zolağının şimalında isə “İslami Cihad” qruplaşmasının tank əleyhinə bölməsinin komandiri zərərsizləşdirilib.
İsrail tərəfi zərbələrin İsrail hərbçilərinə qarşı təhdidlərin aradan qaldırılması məqsədilə həyata keçirildiyini bildirib. Həmçinin, bu şəxslərin atəşkəs razılaşmasını sistematik şəkildə pozduqları iddia edilib.
