31
İranın daxili işlər naziri İsgəndər Momeni bu gün Azərbaycana gəlib.
Ucnoqta.az xəbər verir ki, o, azərbaycanlı vəzifədaşı Vilayət Eyvazovun dəvəti ilə baş tutan rəsmi səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.
Səfərdə iranlı naziri İranın Fövqəladə Hallar Təşkilatının sədri Hüseyn Sacediniya, Ərdəbil valisi Məsud İmami Yeganə, Gilan valisi Hadi Haqşenas, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Yaqub Rezazadə, DİN-in İnformasiya Mərkəzinin rəhbəri Xacenejad və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavaheri müşayiət edirlər.
