35
Xəzərin Pirşağı sahilində Xəzər dənizinin endemiki olan Xəzər suitinin sahildə rast gəlinən cəsədlərinin sayı artıb.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntüləri Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyev paylaşıb.
Əbülfəz Tağıyev bildirir ki, bu cəsəddə suitinin başının ön hissəsi pasabənzər rəngə boyanıb.
Xatırladaq ki, Xəzər dənizinin müxtəlif sahillərində, o cümlədən Azərbaycan, Rusiya və Qazaxıstan ərazilərində vaxtaşırı suiti cəsədləri və kütləvi tələfat halları qeydə alınır.
2026-cı ilin fevral ayında Bakı və Bilgəh, eləcə də Abşeron sahillərində suiti cəsədləri tapılıb.
Emin

