38
ABŞ Konqresinin üzvü Zelenskini Trampın çağırışına qulaq asmağa çağırıb
Ucnoqta.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Florida ştatından respublikaçı Anna Paulina Luna Ukrayna Prezidenti Volodimir Zelenskini ABŞ Prezidenti Donald Trampın seçkilərin keçirilməsi ilə bağlı çağırışına qulaq asmağa dəvət edib.
O, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Müharibə başa çatmalıdır və Zelenski prezidentin dediklərinə qulaq asmalıdır”, – deyə konqresmen yazıb.
Luna xatırladıb ki, Ukraynada sonuncu prezident seçkiləri 2019-cu ildə keçirilib. O, ABŞ-ın seçkilərin keçirilməsi ilə bağlı təklifinin hər kəsin xeyrinə olacağını düşündüyünü bildirib.
