46
Belarus ordusunun silahlanmasına pilotsuz uçuş aparatları ilə mübarizə üçün nəzərdə tutulan “Şafran” lazer kompleksi daxil edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Dmitri Pantus “Belarus-1” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, yerli istehsal olan kompleks dronları yüzlərlə metr məsafədən məhv etmək qabiliyyətinə malikdir. Hazırda qurğunun gücünü, təsir məsafəsini və digər taktiki-texniki göstəricilərini artırmaq məqsədilə modernləşdirmə işləri aparılır.
Pantus qeyd edib ki, son altı ay ərzində aşağı hündürlükdə uçan hədəfləri aşkarlamaq üçün nəzərdə tutulan, yerli istehsal olan iki müasir stansiya da ordunun silahlanmasına qəbul edilib.
