31
İşğaldan azad olunan ərazilərdə ötən həftə mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi istiqamətində əməliyyatlar davam etdirilib.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 5–11 oktyabr 2026-cı il tarixlərini əhatə edən həftəlik məlumatına əsasən, əməliyyatlar zamanı 327 piyada əleyhinə mina, 34 tank əleyhinə mina və 624 partlamamış hərbi sursat aşkarlanıb.
Hesabat dövründə ümumilikdə 1239,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
