36
Çin Tayvanla bağlı mövqelərinə görə Belizin xarici işlər naziri Frensis Fonsekaya və Paraqvayın informasiya və kommunikasiya texnologiyaları naziri Qustavo Vilyateyə qarşı sanksiyalar tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlərə ölkəyə giriş qadağan edilib. Fonsekanın Çindəki aktivləri dondurulacaq, onunla əməkdaşlıq və sövdələşmələrə məhdudiyyət qoyulacaq.
Qərar oktyabrın 12-də qüvvəyə minib.
