33
Nepalın dağlıq ərazilərində baş verən sel nəticəsində azı beş nəfər itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti Nepalın Təbii Fəlakət Risklərinin Azaldılması və Fövqəladə Halların İdarə Edilməsi üzrə Milli İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisəyə Qandaki bölgəsində Budhi çayının qarşısını kəsən güclü torpaq sürüşməsi səbəb olub. Su bəndi yararaq körpüləri dağıdıb, enerji infrastrukturuna ziyan vurub və onlarla evin dağılmasına gətirib çıxarıb.
Fəlakət bölgəsində sakinlərin təxliyəsi həyata keçirilib. Hazırda itkin düşən beş nəfərin axtarışı ilə bağlı əlavə məlumat verilməyib.
