31
Türkiyədən Moskvaya uçan üç sərnişin təyyarəsi Vnukovo hava limanında tətbiq edilən məhdudiyyətlərə görə geri qayıtmağa başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
Bildirilib ki, İzmir, Antalya və İstanbuldan Moskvaya uçan təyyarələr Litva hava məkanında istiqamətlərini dəyişərək geri dönüblər. Təyyarələrin İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanına enəcəyi gözlənilir.
