33
Pakistan ordusu artırılmış mənzilli “Fatah-2ER” hipersəsli ballistik raketini uğurla sınaqdan keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarəsi məlumat yayıb.
Bildirilib ki, raket unikal uçuş trayektoriyası və manevr qabiliyyəti sayəsində hədəfləri yüksək dəqiqliklə vurmaq, həmçinin rəqibin raketdən müdafiə sistemlərini dəf etmək imkanına malikdir.
Məlumata görə, “Fatah-2ER” raketinin sınağı Pakistan ordusunun hərbi imkanlarını daha da genişləndirəcək.
