29
Yaponiyada haker hücumu nəticəsində təbii fəlakətlərlə bağlı məlumatları toplayan və yayan “Arcadia, Inc.” şirkətinin sistemi sıradan çıxıb.
Ucnoqta.az xəbər verir ki, “Kyodo” agentliyinin məlumatına görə, mümkün məlumat sızmasından narahat olan bir sıra yerli idarəetmə orqanları şirkətlə məlumat mübadiləsini dayandırıb.
Hücum nəticəsində 3,1 milyondan çox elektron poçt ünvanının və naməlum sayda telefon nömrəsinin oğurlanmış ola biləcəyi bildirilir.
Yaponiya İnzibati İşlər və Kommunikasiyalar Nazirliyi hadisə ilə bağlı şirkətdən ətraflı hesabat tələb edib.
